"Formula 2": Bakıdakı sıralama turunda iki pilot qəza törədib
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki pilot qəza törədib.
Fhnews.az xəbər verir ki, "Campos Racing"dən İsak Hacar və onun komanda yoldaşı Xosep Maria Martinin idarə etdiyi bolidlər baryerə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və sıralama turu bir müddətlik dayanıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyarın 15-də başa çatacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...