Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib
Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı başa çatıb.
Fhnews.az xəbər verir ki, yarışda 11 komanda mübarizə aparıb. Ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Durksen göstərib. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford ikinci, "Prema"da çıxış edən italiyalı Qabriel Mini üçüncü olub.
Ötən gün təşkil olunmuş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Riçard Versçor finişə hamıdan tez çatmışdı.
Bu gün, həmçinin saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...