Formula 1: Şarl Lekler Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşünün qalibi olub
Bakıda keçirilən “Formula 1 Qatar Aiways Azərbaycan Qran-Prisi 2024” yarışlarının ikinci sərbəst yürüşü başa çatıb.
Fhnews.az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari"nin monakolu pilotu Şarl Lekler birinci olub. “Red Bull”un sürücüsü meksikalı Serxio Peres ikinci, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton üçüncü pillədə qərarlaşıblar.
Birinci sərbəst yürüşün qalibi isə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...