Formula 1: Ferstappen Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşündə birinci olub
Formula 1 Azərbaycan Qran-Prisində birinci sərbəst yürüş baş tutub.
Fhnews.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen birinci olub. “Mercedes”in britaniyalı pilotu Lüis Hamilton ikinci, "Red Bull"un digər sürücüsü meksikalı Serxio Peres üçüncü pillədə yer alıblar.
Bu gün, həmçinin saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...