23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

24-05-2024
IMG

20-24 may 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında minifutbol üzrə çempionat keçirilib.

Çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 18 komandasından 200-ə yaxın idmançı iştirak edib. Çempionatın baş hakimi Məmmədəli Kərimov olub.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 2023-2024-cü illərdə dövlət qurumları arasında keçirilmiş xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş minifutbol üzrə çempionatda iştirak edən FHN-in minifutbol üzrə yığma komandasının əzmkar mübarizəsindən, digər idman tədbirlərində qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, çempionatda iştirak edən komandalar 4 qrupa bölünüb və hər qrupda  1-ci və 2 ci yerləri tutanlar növbəti tura vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandası Sumqayıt Regional Mərkəzinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası ilə Mülki müdafiə qoşunlarının komandası qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Dövlət Yanğından Mühafizə Xidmətinin komandası yarışın çempionu adına yiyələnib.

Çempionatda ən yaxşı qapıçı Mahir Nərimanov (DYMX), ən çox qol vuran oyunçu Elvin Şükürov (XRXX), veteran oyunçu Rizvan Ərəbov (Maddi-Texniki Təchizat İdarəsi), əzmkar komanda isə Sumqayıt Regional Mərkəzinin komandası olub.

Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Məmmədəli Kərimov, Rasim Əlizadə, Nihad Əmirli, Ramiz Əzizbəyli, göstərdikləri səy və xidmətlərə görə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

Paylaş: