FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin finalına çıxıb
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb.
Belə ki, aprelin 27-də yarımfinal oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin komandası Daxili İşlər Nazirliyinin komandası ilə qarşılaşıb.
Əsas hissəsi 0:0 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Rəqib qapısından 2 top keçirən FHN-in komandası 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Final mərhələsi Ədliyyə Nazirliyinin komandasına qarşı keçiriləcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparır.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...