FHN-in kişilərdən ibarət voleybol komandası ölkə kubokuna uğurla başlayıb
26 oktyabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.
Ölkə kubokunun B qrupunda yer alan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası ilk görüşdə ötənilki ölkə çempionatının gümüş mükafatçısı “Murov Az Terminal” ilə qarşılaşıb. FHN-in “Xilasedici” voleybol komandası 3:0 hesabı ilə rəqib üzərində əzmkar qələbə qazanıb.
Bu gün isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ölkə kubokunun növbəti qarşlıaşması baş tutub. FHN-in “Xilasedici” voleybol komandası MOİK komandası ilə görüşdə 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, kişilərin mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 31-də keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...