23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

FHN-in kikboksinq üzrə idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə ediblər

19-09-2024
IMG

13-15 sentyabr 2024-cü il tarixlərində Sərhədçi İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə böyüklər və kadetlər arasında 28-ci Azərbaycan çempionatı və birinciliyi keçirilib.

Çempionatda respublikanın müxtəlif klub, təşkilat və idman cəmiyyətlərindən 57 komanda olmaqla 470-ə yaxın idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in kikboksinq üzrə komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı kapitan Qadir Cəfərov və məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, kişilər arasında 81 kq çəki dərəcəsində Ayxan Həsənov 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandann digər üzvü +91 kq çəki dərəcəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət leytenantı İlqar Zeynallı çempionatın gümüş medalına yiyələnib. Qadınlar arasında isə FHN-in Xüsusi Riskli Xİlasetmə Xidmətinin giziri Fərqanə Saxrayeva yarışda qalib gərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalı təqdim edilib.

19 sentyabr 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılar və onların məşqçi-müəllimləri ilə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Paylaş: