FHN-in Bakı Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqi təşkil edib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı rəhbər heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Mətbuat Şurası Prezident İlham Əliyevə...
Azərbaycan QHT-ləri müharibənin qalibi...
Ali Məclisin 2025-ci il payız...
Medianın İnkişafı Agentliyində Zəfər...
Naxçıvan Regional Bank Forumu keçirilib...