FHN-in əməkdaşı Himalay dağ silsiləsinə yürüş edib
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə 24 mart - 3 aprel 2024-cü il tarixlərində Nepal ərazisində Himalay dağ silsiləsində yerləşən hündürlüyü 6189 metr olan İsland zirvəsinə texniki dırmanış edib.
Qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da İsland zirvəsinə dalğalandırıb.
Yürüş çərçivəsində o, 5364 metr hündürlükdə yerləşən Everest Baza düşərgəsində və 5644 metr hündürlükdə yerləşən Kala Patthar zirvəsində də olub.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...