Fatih Terim Azərbaycana gəlib
Tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terim “Qarabağ”ın dəvəti ilə Azərbaycana gəlib.
Klubdan verilən məlumata görə, fəxri qonaq “Qarabağ” futbol klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. Qeyd edək ki, Fatih Terim məşqçi kimi Türkiyə millisində və “Qalatasaray” klubunda böyük uğurlar qazanıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...