23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Fərid Qayıbov: Yaylagülün Parisdə göstərdiyi əzmkarlıq kamandan oxatma ilə məşğul olanların sayını artıracaq

24-08-2024
IMG

Yaylagül Ramazanova “Paris-2024” Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdi. İnanıram ki, onun dördilliyin ən mötəbər yarışında göstərdiyi əzmkarlıq sayəsində bu idman növü ilə məşğul olan gənclərin sayı artacaq.

Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

Olimpiadada Azərbaycanın ilk dəfə 15 idman növündə təmsil olunduğunu xatırladan nazir əlavə edib: “Sevindirici haldır ki, bu idman növlərindən biri də məhz kamandan oxatma oldu. Demək olar ki, avqust ayı “Paris-2024”lə yadda qaldı. Bu idman növünə maraq göstərən təmsilçilərimizin sayını artırmalıyıq. Ümid edirik ki, növbəti Olimpiya Oyunlarında bizi bir deyil, çox sayda kamandan oxatanımız təmsil edəcək”.

O, kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı barədə də təəssüratlarını bölüşüb: “Azərbaycan Kamandan Oxatma Federasiyasının yüksək təşkilatçılığı ilə bu gün yarışlar start götürdü. İstərdim ki, yaxın vaxtlarda ölkəmizdə bu idman növü üzrə beynəlxalq yarışlar da keçirilsin. Əminəm ki, bunu reallaşdıra bilərik”.

Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatına avqustun 25-də yekun vurulacaq.

Paylaş: