23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Estoniya millisinin baş məşqçisi: Fernandu Santuşun komandasına qarşı oynamaq böyük şərəfdir

15-11-2024
IMG

“Qəbələ şəhərinə səfərimiz yaxşı keçdi. Hər şey plan üzrə gedir. Qonaqpərvərlik idealdır”.

Fhnews.az xəbər verir ki, bu sözləri futbol üzrə Estoniya milli komandasının baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının C Divizionunda Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, komandanın meydanda yaxşı mübarizə aparması çox vacibdir: “Azərbaycanla ilk matçda yaxşı çıxış etdik. Rəqibin baş məşqçisi Fernandu Santuşla tanış olmaq və ona qarşı oynamaq böyük şərəfdir. Hər bir komandanın irəli getmək üçün hədəfləri var. Əgər B və ya A Liqasına yüksəlirsənsə, orada qalmağın planlarını qurursan. Digərlərindən fərqli olaraq, yer aldığımız qrup çətindir. Bu, həm bizə, həm də Azərbaycan millisinə aiddir”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Paylaş: