8 noyabr 2025, şənbə Bakı, 12°C
IMG-LOGO

Energetika naziri Pərviz Şahbazov vətəndaşların müraciətlərini dinləyib

15-10-2025
IMG

Energetika naziri Pərviz Şahbazov Sumqayıt şəhəri, Cəlilabad və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb.

Nazirlikdən  bildiriblər ki, görüşdə qaz təchizatı, qaz sayğacının quraşdırılması, elektrik enerjisi təchizatı, transformatorun yenilənməsi və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

Paylaş: