Energetika naziri Əlcəzairdə GECF-nin 7-ci Sammitində iştirak edəcək
Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazir paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.
Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...