23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 -də çempion olub

21-07-2024
IMG

Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub. O, 9 turdan sonra 7,5 xal toplayıb.

Azərbaycanlı şahmatçı sonuncu turda Boyan Maksimoviçlə (Bosniya-Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub.

Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb.

Paylaş: