Elmir Musayev: “SOCAR Green”in məqsədi ölkənin enerji keçidi məqsədlərinə nail olunmasına töhfə verməkdir
“SOCAR artıq karbonsuzlaşdırma üzrə bir sıra təşəbbüslərə başlayıb. COP29-nun Bakıda keçirilməsi də bu dəyişikliklərin bir hissəsidir”.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Green”in direktoru Elmir Musayev COP29 çərçivəsində “İstehsaldan daha çox: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması” adlı tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, keçən ilki COP28-in iştirakçıları SOCAR-ın karbonsuzlaşdırma üzrə iddialı məqsədləri haqqında məlumat əldə etmişdilər. Bu məqsədlər 2030-cu ilə qədər səmt qazının müntəzəm olaraq məşəldə yandırılmasına son qoyulması, 2035-ci ilə qədər upstream seqmentində metan emissiyalarının tamamilə aradan qaldırılması və 2030-cu ilə qədər karbon intensivliyinin əhəmiyyətli dərəcədə azaldılması daxildir.
“SOCAR Green”in məqsədi təkcə SOCAR-ın karbonsuzlaşdırma məqsədlərinə nail olmaq deyil, həm də ölkənin enerji keçidi məqsədlərinə nail olunmasına töhfə verməkdir. İki ildən az müddətdə biz artıq 1,4 qiqavatt gücündə bərpaolunan enerji layihələri portfelini hazırlamışıq. Məsələn, 1 qiqavat gücündə olan “Meqa” layihəsi çərçivəsində biz “Total” ilə əməkdaşlıq edirik. Bundan əlavə, bp ilə birlikdə biz Bakıda neft-qaz terminalının karbonsuzlaşdırılması üzrə fotoelektrik layihə həyata keçiririk. SOCAR Çindən olan tərəfdaşları ilə ümumi gücü 160 meqavatt olan günəş elektrik stansiyası layihəsi üzərində işləyir”, - deyə o əlavə edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...