23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Elektron Təhlükəsizlik Xidməti ilə Azərbaycan-Fransız Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

09-08-2024
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” publik hüquqi şəxsin nəzdində Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında avqustun 8-də Anlaşma Memorandumu imzalanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitet tərəfindən təşkil edilmiş tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.

Paylaş: