23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024
IMG

Cari ilin avqustun 30-dək İpoteka Kağızının Elektron Sistemi vasitəsilə 13 min 482 ipoteka kağızının tərtibi və qeydiyyata alınması elektron şəkildə aparılıb.

Fhnews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, əvvəllər bu sənədlər yalnız kağız daşıyıcıda tərtib edilirdi və Mərkəzi Bank tərəfindən kağız daşıyıcıda qeydiyyata alınırdı.

Bu sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

Yuxarıda adıçəkilən əməliyyatların tam elektronlaşdırılması ölkəmizdə kredit, ipoteka və daşınmaz əmlak bazarının inkişafına, bu sahələrdə şəffaflığın və etibarlılığın artmasına töhfə verir.

Paylaş: