Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisini fərqləndirib
Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək üç ən yaxşı komandanı fərqləndirib.
Fhnews.az xəbər verir ki, siyahıda Azərbaycan millisi də yer alıb. Digərləri isə İran və ABŞ yığmalarıdır.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycanı yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Sabah Şəriəti (130 kiloqram), sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqamedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) və qadın güləşçi Mariya Stadnik (50 kiloqram) təmsil edəcəklər.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...