Dünya çempionatında qızıl medal qazanmış Azərbaycan gimnastları Vətənə dönüblər
Portuqaliyanın Qimarayeş şəhərində keçirilmiş dünya yaş qrupları yarışları və gənclər arasında dünya çempionatında qızıl medal qazanmış Azərbaycanın akrobatika gimnastları Vətənə dönüblər.
Fhnews.az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, azarkeşlər, idmançıların yaxınları və media mənsubları qarşılayıblar.
13-19 yaş kateqoriyasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Yarışda həmçinin, milli komandanın üzvlərindən Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, Diana Məmmədova, Safiya Babayeva, Firuzə Qasımzadə, Ayan Hacılı, Aylin Məmmədova və Jasmin Əliyeva da mübarizə aparıblar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...