23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Dövlət Xidməti: Təbii inhisar subyektləri ilə bağlı müraciətlərin sayı 50 faiz artıb

22-10-2024
IMG

2024-cü ilin 9 ayı ərzində təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 50 faizədək artım qeydə alınıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bəhs edilən dövrdə baxılmış istehlakçı müraciətlərinin 21 faizi təmin edilib.

Dövlət Xidməti tərəfindən istehlakçıların təbii inhisar subyektləri ilə münasibətdə Rəqabət Məcəlləsində təsbit edilmiş tələblərdən irəli gələn hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Paylaş: