23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Dövlət Xidməti qeyri-qida mallarının üzərində Azərbaycan dilində məlumatların olmadığını aşkarlayıb

02-08-2024
IMG

Bu ilin 7 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 21 müəssisə tərəfindən idxal olunan 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.

Dövlət Xidmətindən verilən məlumata görə, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında 18 müəssisə tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digər müəssisələrlə bağlı işlər davam etdirilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların dolğun və düzgün məlumat əldə etmək hüququnun təmin olunmasına yönəlmiş fəaliyyətləri həyata keçirir.

Paylaş: