23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Dövlət Xidməti: 31 fiziki və hüquqi şəxs barəsində protokol tərtib edilib

17-10-2024
IMG

2024-cü ilin yanvar-avqust ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 31 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Xidmətindən verilən məlumata görə, tərtib edilmiş protokolların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz azalma müşahidə olunub. Bundan əlavə, istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi hallarına görə tərtib edilmiş protokolların sayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox azalma müşahidə edilib.

Qeyd edilən göstərici sahibkar-istehlakçı münasibətlərinin tənzimlənməsi, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən kompleks maarifləndirmə tədbirlərinin müsbət nəticəsidir. Sahibkarlığın möhkəm əsaslar üzərində inkişafının başlıca meyarlarından biri istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi, xüsusilə bu münasibətlərin qarşılıqlı etimad əsasında formalaşdırılmasıdır.

Paylaş: