23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Dövlət Xidməti: 241 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb

19-08-2024
IMG

Cari ilin I yarımili ərzində lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə 241 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.

Dövlət Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 221 min manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində vətəndaş müraciətlərinin operativ həlli və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsinə yönələn tədbirlərini davam etdirir.

Paylaş: