Dövlət Vergi Xidmətinə olan inzibati şikayətlərin sayı azalıb
Cari ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə 5091 faktiki müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,2 faiz azdır.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, müraciətlərin 94,5 faizi kameral vergi yoxlamaları, digərləri isə səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər məsələlərlə bağlı olub. Hesabat dövründə 4731 faktiki müraciət icra edilib və bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 45,4 faiz azdır. Daxil olmuş müraciətlərin 41,6 faizi müvafiq qərarla icra edilib, 58,4 faizi isə məktublar vasitəsilə cavablandırılıb.
Qərarla icra olunmuş 1966 faktiki müraciətin 65,4 faizi baxılmamış saxlanılıb, bunun da 96,2 faizi şikayətin geri götürülməsi ilə bağlıdır. Bundan başqa, müraciətlərin 15,9 faizi üzrə inzibati şikayətin təmin edilməməsi, 12,6 faizi üzrə təmin edilməsi, 4,1 faizi üzrə qismən təmin edilməsi, 2 faizi üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul edilib.
Məktubla icra olunmuş 2765 faktiki müraciətin 96,7 faizi müvafiq izahat işləri nəticəsində aşkarlanmış uyğunsuzluqlar aradan qaldırılaraq dəqiqləşdirilmiş bəyannamələr təqdim edildiyindən vergi orqanları tərəfindən nəzərə alınıb, yaxud təqdim olunmuş izahatlar və təsdiqedici sənədlər əsasında hesablanmış əlavə vergi məbləğləri vergi orqanları tərəfindən azaldılıb.
Ümumilikdə isə müraciətlərin 61,7 faizi öz müsbət həllini tapıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...