Dövlət satınalmalarına dair 1500-dən çox protokol ləğv edilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Dövlət Xidmətindən verilən məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində satınalan təşkilatlardan quruma daxil olmuş 9831 yekun protokol təhlil edilib.
Qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 1514 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 15,4 faizini təşkil edir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...