Dövlət əmlakının icarəsindən büdcəyə 28 milyon manatdan çox vəsait köçürülüb
Cari ilin 9 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 459 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində torpaq sahəsinə dair 2571 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 23 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə isə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3030 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 21 faiz artıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artım qeydə alınıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...