23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Doqquz ayda 269 min 702 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

21-10-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 269 min 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu göstəricinin 44 min 462-si (16,5 faiz) ilkin, 225 min 240-ı isə (83,5 faiz) təkrar qeydiyyatın payına düşür.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 min 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar-sentyabr aylarında 203 min 56 texniki pasport tərtib edilib, 56 min 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Paylaş: