DİN “13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road and Traffic”” sərgisində iştirak edir
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Beynəlxalq sərgi təşkilatçısı "Caspian Event Organisers" şirkətinin “13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road and Traffic”” sərgisində iştirak edir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakı Expo Mərkəzində keçirilən sərgidə nazirliyin xüsusi pavilyonunda Bakıda ilk dəfə sınaq tətbiqinə başlanılan və nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “Ağıllı svetoforlar” (adaptiv svetoforlar) pilot layihəsi nümayiş etdirilir. Stenddə paytaxtın 152 kəsişməsində mərkəz tərəfindən idarə olunan svetofor kontrollerinin proqram təminatı, svetoforların vaxt planlarının hazırlanması və tətbiqi, simulyasiya proqram təminatı, eləcə də qanunsuz parklanma kameralarına dair elektron qərarların tərtibi kimi dörd əsas istiqamət barədə məlumat əldə etmək mümkündür. Eyni zamanda, ziyarətçilərə 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması ilə bağlı məlumatlar verilir.
Həmçinin ziyarətçilərə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilən “i-Patrol” sistemi – real vaxt rejimində qayda pozuntularının aşkarlanması və məlumatların mərkəzi sistemə ötürülməsi, avtomatik nömrə tanıma və videomüşahidə sistemləri, eləcə də patrul avtomobillərində quraşdırılmış müasir texnoloji avadanlıqlar nümayiş olunur.
Yol infrastrukturunun inkişafı, yol hərəkəti təhlükəsizliyinin artırılması, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi və müasir müşahidə-nəzarət sistemləri sahəsində təcrübə mübadiləsini təmin edən sərginin keçirildiyi üç gün ərzində “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” MMC-nin 107.7 MHz tezliyində yayımlanan "Avto FM" radiosu stendə qurulan radio imitasiyası vasitəsilə birbaşa canlı bağlantı yaradaraq məlumatları dinləyicilərin diqqətinə çatdırır.
Ziyarətçilər yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə polis əməkdaşları tərəfindən ətraflı məlumatlandırılırlar.
Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində aparılır, interaktiv nümayişlər və videomateriallar vasitəsilə ziyarətçilər sistemlərin iş prinsipi ilə yaxından tanış olurlar.
Mətbuat Şurası Prezident İlham Əliyevə...
Azərbaycan QHT-ləri müharibənin qalibi...
Ali Məclisin 2025-ci il payız...
Medianın İnkişafı Agentliyində Zəfər...
Naxçıvan Regional Bank Forumu keçirilib...