Dekabrda Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 21 milyonu ötüb
Dekabr ayında “Bakı Metropoliteni” QSC 544 min 830-u güzəştli olmaqla, 21 milyon 249 min 687 sərnişin daşıyıb. Bu, orta statistik hesabla gün ərzində 685 min 474 sərnişin deməkdir. Ay ərzində iş günlərində isə orta statistik hesabla 763 min 390 sərnişin metropolitenə daxil olub.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, Bakı metrosundan ən çox sərnişin 804 min 556 nəfər dekabr ayının 4-də istifadə edib. Ən az sərnişin isə dekabr ayının 17-də daşınıb – 378 min 605 nəfər.
Postpandemiya dövründə sərnişin sayının əsaslı şəkildə artmağa başladığı 3-cü rüb ərzində orta statistik hesabla gün ərzində 681 min 104 sərnişin “Bakı Metropoliteni” QSC-nin daşıma xidmətinə müraciət edib.
“Əlçatan metro” layihəsi üzrə dekabr ayı ərzində 81 sifariş daxil olub və hamısı icra olunub. Bu layihə 2019-cu ilin martından fəaliyyətə başlayıb. Layihə bu və digər səbəbdən metropolitendən istifadə imkanı məhdud olan sərnişinlərin müşayiəti məqsədi daşıyır.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC 2024-cü ilin Yeni il bayramı gecəsi - yanvarın 1-nə keçən gecə şəhər gəzintisində olanların, küçə və meydanlarda keçirilən şənliklərdə iştirak edənlərin və Dənizkənarı bulvarda atəşfəşanlığı izləyənlərin marağını nəzərə alaraq gecə saat 02:00-dək bütün stansiyalar sərnişinlərin girişinə açıq saxlanılıb. Bayram gecəsi metropolitendə ciddi neqativ hallar müşahidə olunmayıb.
2022-ci ilin dekabr ayı ilə müqayisədə hesabat ayında 43 min 937 və yaxud 0,2 faizi daha az sərnişin daşınıb. 2019-cu ilin dekabrı ilə müqayisədə 2023-cü ilin son ayında 6,87 faiz az sərnişin daşınıb. Bütün bunlara rəğmən 2023-cü ildə ən çox sərnişin dekabr ayında daşınıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...