Cüdo məşqçilərinin BCF-nin akademiyasında təhsili davam edir
Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezekerın iştirakı ilə cüdo məşqçilərinin praktiki imtahanına hazırlıq məqsədilə seminar keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, məşğələlərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan məşqçilər iştirak edib.
Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.
Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...