COP29-da SOCAR-ın metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində fəaliyyəti barədə məlumat verilib
COP29 çərçivəsində Mavi Zonada “Metan və qeyri-CO2 istixana qazları” mövzusunda sammit keçirilib.
SOCAR-dan verilən məlumata görə, sammitin plenar iclasında çıxış edən qurumun vitse-prezidenti Əfqan İsayev metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində şirkətin fəaliyyəti, bu istiqamətdə tətbiq olunan qabaqcıl texnologiyalar və həll yollarına dair tədbir iştirakçılarına ətraflı məlumat verib.
Vitse-prezident SOCAR-ın fəaliyyət sahələrində metan emissiyalarının ölçülməsi və inventarlaşdırılmasının beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Belə ki, “GHGSat” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın neft-qaz əməliyyatı sahələrində emissiyalarının müəyyənləşdirilməsi məqsədilə peyk monitorinqlərinin aparılmasına başlanılıb. Həmçinin “TotalEnergies” şirkəti ilə partnyorluq çərçivəsində AUSEA texnologiyasından istifadə etməklə dron ölçmələri həyata keçirilir.
Bunlardan başqa, istehsalat sahələrində instrumental alət və cihazlar vasitəsilə yerində ölçmələr də aparılır. Həm peyk, həm dron, həm də yerində ölçmələr zamanı əldə olunan göstəricilər süni intellektə əsaslanan “Metan AI” alətində operativ şəkildə emal olunmaqla və təfərrüatlı təhlili aparılmaqla emissiya mənbələrinin ləğvinə dair tədbirlər görülür.
Əfqan İsayev metan emissiyalarının azaldılması istiqamətində səmərəliliyin artırılması, bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə effektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə SOCAR-ın MGP və OGCI kimi təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunan fəaliyyətlər SOCAR-ın metan emissiyalarının azaldılması sahəsində məqsədyönlü fəaliyyətinin göstəricisidir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...