COP29 çərçivəsində energetika naziri bir sıra görüşlər keçirib
COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.
Nazirlikdən verilən məlumata görə, Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə COP29 çərçivəsində “Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumu”nun keçirilməsinin əhəmiyyətindən danışılıb. Tacikistana neft tədarükü və bərpaolunan enerji layihələrində Azərbaycanla əməkdaşlığa maraq ifadə edilib. Həmçinin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Pərviz Şahbazov İordaniyanın energetika və mineral resurslar naziri Saleh Al-Kharabsheh ilə də görüşüb. Görüşdə neft-qaz, neft emalı sahələrində əməkdaşlıq potensialı üzrə müzakirələr aparılıb. İordaniyanın Azərbaycanın enerji təşəbbüslərinə dəstək ifadə olunub.
“Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşdə isə şirkətlə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi ilə bağlı görülən işlər nəzərdən keçirilib. Ümumi gücü 500 MVt olan ixrac məqsədli günəş və külək layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...