Çukurova Beynəlxalq Hava Limanı avqustun 10-da açılacaq
Türkiyənin Çukurova Beynəlxalq Hava Limanının açılışına sayılı günlər qalıb. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə avqustun 10-da keçiriləcək açılış ərəfəsində ölkənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu işlərlə yerində tanış olub.
"Çukurova Hava Limanı Türkiyənin Yaxın Şərq ölkələrinə açılan qapısı olacaq"-deyən nazir məlumat verib ki, Çukurova Beynəlxalq Hava Limanı 800 hektar sahədə inşa edilən, illik 9 milyon sərnişin tutumlu hava limanıdır. Nazir coğrafi baxımdan üç qitənin ortasında yerləşən Türkiyənin inkişaf etmiş bazarlarla inkişaf etməkdə olan bazarlar arasında uçuş marşrutları üzərində olduğunu xatırladaraq deyib ki, Türkiyə 67 ölkənin mərkəzində möhtəşəm bir mövqeyə sahibdir. Burada 1,4 milyard insan yaşayır, uçuş müddəti 4 saatdır. 2002-ci ildən sonra aviasiyamızı özəl sektor müəssisələrinin üzünə açaraq rəqabət mühiti yaratdıq. Nazir fikirlərini statistik məlumatlarla əsaslandırıb :
“Beləliklə, aktiv daxili hava limanlarının sayını 26-dan 57-yə çatdırdıq. 2053 hədəflərimiz çərçivəsində aktiv hava limanlarının sayını 57-dən 61-ə çatdıracağıq. Hava daşımaları üzrə müqavilə bağladığımız ölkələrin sayı 81-dən 174-ə yüksəlib. 2002-ci ildə 50 ölkədə 60 istiqamətə uçuşlar həyata keçirildiyi halda, bu gün 131 ölkədə 346 istiqamətə uçuşlar həyata keçirilib.”
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...