Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarusla yoldaşlıq oyunu keçirib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.
Fhnews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Belarus seçməsi ilə qarşılaşıb. Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 4:2 hesablı qələbə qazanıb. Azərbaycan millisinin heyətində qolları Ramil Əliyev və İsa Zeynallı vurublar.
Komandalar bu gün ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Eyni məkanda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan yığmasının hazırlıq prosesi ayın 31-dək davam edəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...