Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu təsnifat mərhələsinin bombardiri olub
UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün təsnifat mərhələsinin bombardiri müəyyənləşib.
Fhnews.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Olavio Juninyo 6 qolla ən sərrast futbolçu olub.
Braziliyalı forvard ən yaxın izləyicisi Arne Frederiksberqi ("Klaksvik", Farer adaları) 1 top qabaqlayıb. 28 yaşlı oyunçu 6 qolun 4-nü II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubunun, 2-ni isə III raundda Bolqarıstanın "Lüdoqorets" kollektivinin qapısından keçirib.
Qeyd edək ki, pley-offda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna hər iki matçda (0:3, 0:2) uduzan "Qarabağ" mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...