23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Çempionlar Liqası: “Qarabağ” bu gün cavab oyununa çıxacaq

13-08-2024
IMG

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Fhnews.az xəbər verir ki, Ağdam klubu Razqradda Bolqarıstanın “Ludoqorets” kollektivinin qonağı olacaq.

“Ludoqorets Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk matçda “Qarabağ” 1:2 hesabı ilə məğlub olub.

13 avqust

“Ludoqorets” - “Qarabağ”

Ludoqorets Arena. Saat 22:00

Baş hakim: Simone Sozza

Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale

Dördüncü hakim: Matteo Marchetti

VAR hakimləri: Gianluca Aureliano, Marco Serra

(Hakimlər briqadası İtaliyadandır)

Paylaş: