23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı cari vəziyyət müzakirə edilib
 

29-02-2024

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington arasında görüş olub.

Fhnews.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında uzunillik uğurlu enerji tərəfdaşlığının davam etdirilməsindən məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin enerji böhranı zamanı Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu qeyd edilib və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

Energetika naziri Pərviz Şahbazov hazırda Azərbaycanın layihənin genişləndirilməsi və əlavə tədarüklərin təmin edilməsi ilə yanaşı, enerji keçidi üzrə də mühüm addımlar atdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən enerji sektorunda islahatlara və bərpa olunan enerjinin inkişafına güclü dəstək var. Həyata keçirilən “yaşıl enerji” layihələri, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ölkəmizin enerji keçidinə sadiqliyinin göstəriciləridir.

ABŞ Dövlət katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Kimberly D. Harrington isə deyib ki, COP-a ev sahibliyi edən Azərbaycan enerji təhlükəsizliyi və iqlim məsələlərini uzlaşdırmaqla digər neft-qaz ölkələri üçün nümunə yaradır.

Söhbət zamanı hidrogen, metan emissiyalarının azaldılması, COP29 çərçivəsində, həmçinin bir sıra ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş: