BVF: “Süni intellekt qlobal məşğulluğun 40 faizinə təsir edəcək”
Beynəlxalq Valyuta Fondu süni intellektin qlobal məşğulluğa mümkün təsirləri haqqında "Süni intellekt və işin gələcəyi" adlı hesabat dərc edib. Hesabatda süni intellektin qlobal məşğulluğun 40 faizinə təsir edəcəyi tendensiyasının ölkələr arasında gəlir bərabərsizliyini poza biləcəyi barədə xəbərdarlıq edilib.
Hesabatda qeyd olunub ki, süni intellekt qlobal iqtisadiyyatı kökündən dəyişdirməyə hazırdır və bəzi şərhçilər bunu yeni sənaye inqilabına bənzədirlər. Süni intellektin iqtisadiyyatlara və cəmiyyətlərə təsirini proqnozlaşdırmağın asan olmadığına diqqət çəkən hesabatda xüsusilə məşğulluq bazarında məhsuldarlığı artıracağını vəd edən süni intellektin bəzi işlərdə insanları əvəz edə biləcəyi qeyd edilir.
Hesabatda süni intellektin qlobal məşğulluğun 40 faizinə təsir edəcəyi vurğulansa da, bir çox inkişaf etməkdə olan iqtisadiyyatların daha az problem yaşaya biləcəyi və eyni zamanda süni intellektin üstünlüklərindən daha az faydalana biləcəyi ifadə edilib. Bu vəziyyətin ölkələr arasında gəlir bərabərsizliyini daha da pisləşdirə biləcəyi barədə xəbərdarlıq edilir və vurğulanır ki, orta səviyyəli işçilərə təsir edən əvvəlki avtomatlaşdırma dalğalarından fərqli olaraq, süni intellektin yaratdığı ixtisar risklərinə yüksək maaşlı işçilər də daxildir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...