23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu ilin doqquz ayında qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb

17-10-2024
IMG

Cari ilin 9 ayı ərzində sahibkarların 4116 layihəsinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 167,6 milyon manat güzəştli kredit verilib.

SİF-dən verilən məlumata görə, bu dövr ərzində fondun güzəştli kreditlərindən 327 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 9,9 milyon manat güzəştli kredit verilib.

Bununla yanaşı, sözügedən dövr ərzində 123 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 4,6 milyon manat güzəştli kredit əldə edib.

Paylaş: