23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq məhsul satılıb

22-07-2024
IMG

2015-ci ildən 2024-cü ilin I yarımilinədək sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib.

Fhnews.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 477 milyonluq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.

Eyni zamanda, sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,04 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın yatırılması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Paylaş: