23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib

17-07-2024
IMG

Cari ilin yanvar-iyun ayları ərzində KOB evlərində sahibkarlara 208 min 194 xidmət göstərilib. Bu xidmətlərin 158 minə yaxını “Bakı KOB evi”nin, 41 mindən çoxu “Yevlax KOB evi”nin, 9 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.

Fhnews.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 189 mindən çoxu dövlət qurumları (G2B), 20 minə yaxını isə biznes qurumları (B2B) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsinə icazə, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.

Paylaş: