23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu ilin 9 ayında vergi orqanlarına müraciətlərin sayı 330 mini ötüb

25-10-2024
IMG

Cari ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 330 min 460 müraciət daxil olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlərdən 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub.

Məlumata əsasən, daxil olmuş müraciətlərin 97 faizinə baxılması hesabat dövründə başa çatdırılıb, 3 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 95 faizi həll olunub, yaxud müvafiq izahatlar verilib, digəriləri barəsində isə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 510 vətəndaşın qəbulu təşkil edilib.

Paylaş: