23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu il vergiödəyicilərinə göstərilən xidmətin sayı 666 min ötüb

06-09-2024
IMG

Cari ilin yanvar-avqust ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 437 min 99 şəxs qəbul edilib və onlara 666 min 576 sayda xidmət göstərilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, göstərilən xidmətlərin 247 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 134 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aid olub.

Ümumi xidmətlərin 89,2 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• Asan İmza sertifikatının verilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Vergiödəyicisinə arayışların verilməsi;

• Vergiödəyicisinin fəaliyyətinin bərpası;

• Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergiödəyicilərindən daxil olmuş 23,6 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 9,3 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Yanvar-avqust ayları ərzində 3 min 208 vergiödəyicisinin iştirakı ilə 206 görüş keçirilib, 3 min 570 ödəyiciyə ünvanlı xidmət göstərilib, onların mobil nömrələrinə 1 milyon 577 mindən çox məlumatlandırma xarakterli SMS göndərilib.

Bu ilin 8 ayı ərzində ümumilikdə 253 min 983 müraciət üzrə 415 min 695 “ASAN İmza” sertifikatı verilib.

Paylaş: