23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu il Şəkidə 151 min tondan çox taxıl istehsal olunub

29-07-2024
IMG

Şəki rayonunun təsərrüfatlarında taxıl biçini başa çatıb. Cari mövsümdə rayonda 57 min 221,1 hektar sahənin məhsulu biçilib, 151 min 564,6 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 26,5 sentner təşkil edib.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, builki mövsümdə şəkili fermerlər 23 min 919,1 hektar buğda sahəsindən 63 min 909,2 ton, 33 min 302 hektar arpa sahəsindən isə 87 min 655,4 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 26,7 sentner, arpa sahələrinin məhsuldarlığı isə 26,3 sentner olub.

Rayon üzrə ən yüksək məhsuldarlıq Baş Kəldək, Daşüz, Baş Küngüt, Aydınbulaq kəndlərinin ərazilərindəki buğda sahələrində qeydə alınıb. Belə ki, həmin təsərrüfatlarda buğda zəmilərində orta məhsuldarlıq 30-35 sentner təşkil edib.

Hazırda rayonun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. Eyni zamanda, taxıl biçini başa çatmış təsərrüfatlarda indiyədək 200 hektaradək sahədə təkrar əkinlər aparılıb.

Paylaş: