23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu il hər bir ölkə sakini ödənişli xidmətlərə orta hesabla 675 manat xərcləyib

14-08-2024
IMG

Yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 faiz artaraq 6882,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5165,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.

Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 675,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Paylaş: