Bu il dövlət əmlaklarının özəlləşdirilməsindən büdcəyə 100 milyon manatdan çox vəsait daxil olub
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk 7 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 122,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.
Dövlət Xidmətindən verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində 35 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-iyul ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.
Cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz artım qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 350-si qeyri-yaşayış, 1881-i isə torpaq sahəsi üzrə olmaqla 2231 yeni icarə müqaviləsi bağlanılıb.
2024-cü ilin ilk 7 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artım qeydə alınıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...