23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu il dövlət əmlakının icarəsindən büdcəyə 18 milyon manata yaxın vəsait daxil olub

05-08-2024
IMG

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Fhnews.az xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. Bu ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə isə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin birinci yarımilliyi ərzində 1826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88 faiz artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artım qeydə alınıb.

Paylaş: