23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu il 373 min “ASAN İmza” sertifikatı verilib

09-08-2024
IMG

Cari ilin yanvar-iyul ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 392 min 41 şəxs qəbul edilib və onlara 598 min 775 sayda xidmət göstərilib.

Fhnews.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, göstərilən xidmətlərin 221 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 126 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aid olub. Ümumi xidmətlərin 89,4 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergiödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- “ASAN İmza” sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergiödəyicisinə arayışların verilməsi;

- Vergiödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövründə vergiödəyicilərindən daxil olmuş 20 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Yanvar-iyul ayları ərzində 2985 vergiödəyicisinin iştirakı ilə 186 görüş keçirilib, 3147 ödəyiciyə ünvanlı xidmət göstərilib, onların mobil nömrələrinə 1 milyon 552 mindən çox məlumatlandırma xarakterli SMS göndərilib.

Bu ilin 7 ayı ərzində ümumilikdə 224 min 898 müraciət üzrə 372 min 398 “ASAN İmza” sertifikatı verilib.

Paylaş: